
İranın ali dini lideri Ayətullah Əli Xamenei çərşənbə axşamı ABŞ–nin fələstinlilərin müharibədən zərər çəkmiş Qəzza zolağından çıxarılması təklifini rədd etdikdən sonra Trampı tənqid atəşinə tutub.
Gununsesi.info Türkiyə KİV- nə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu ay müharibə nəticəsində dağılmış Qəzza zolağının ABŞ-nin nəzarətinə götürülməsini və fələstinlilərin başqa yerlərə, ilk növbədə Misir və İordaniyaya köçürülməsini nəzərdə tutan plan təqdim etmişdir.
Trampın planı Misir və İordaniya da daxil olmaqla, ərəb hökumətləri və dünya liderlərinin reaksiyasına səbəb oldu və Birləşmiş Millətlər Təşkilatı Fələstin ərazilərində “etnik təmizləmə” ilə bağlı xəbərdarlıq edildi.
İran daha əvvəl Trampın Qəzza planını rədd edərək, bunu beynəlxalq hüquqa və BMT Nizamnaməsinə “görünməmiş hücum” adlandırmışdır.
Tehranda Fələstinin silahlı İslami Cihad qrupunun lideri Ziad ən-Nəhhale ilə görüşü zamanı danışan Xamenei “Amerikalıların Qəzza və Fələstinlə bağlı axmaq planları və ya bəzi başqa planları heç bir yerə varmayacaq”, – deyə bildirmişdir.
“Müqavimətin və Qəzza xalqının razılığı olmadan heç bir plan tamamlana bilməz” deyən Xamenei qlobal ictimai rəyin fələstinlilərin tərəfində olduğunu bildirib və əlavə edib:
“Bir il yarım əvvəl müqaviməti qısa zamanda məhv edəcəklərini iddia edənlər indi kiçik qruplar halında müqavimət döyüşçülərindən əsir götürürlər.
O, yanvarın 19-da qüvvəyə minən Qəzzada atəşkəs çərçivəsində İranın dəstəklədiyi HƏMAS və İsrail arasında baş tutan girov-məhbus mübadiləsinə istinad edib. Xamenei həmçinin çərşənbə axşamı bildirib ki, razılaşmaya əsasən, İsrail girovların azad edilməsi müqabilində “çoxlu sayda fələstinli məhbusu azad edib”.
Atəşkəs razılaşmasının birinci mərhələsində 33 israilli girovun azad edilməsi planlaşdırılmışdı. İndiyədək 1100-dən çox fələstinli məhbusun müqabilində 19 girov azad edilib. İsrail qalan 14 girovdan səkkizinin öldürüldüyünü açıqlayıb.
HƏMAS elan edib ki, şənbə günü yaşayan altı israilli girovu, cümə axşamı isə dörd ölü girovun cəsədlərini təhvil verəcək.
Günel Həsənova