Sabiq Prezidentin xanımını qarət etdilər…

Türkiyənin sabiq Prezidenti Abdulla Gülün həyat yoldaşı Hayrünnisa Gülü İngiltərədə qarət ediblər. 

Gununsesi.info Türk mediasına istinadən xəbər verir ki, hadisə sentyabrın 13-ü İngiltərədə baş verib. Beləki, sabiq Prezident və xanımı Türkiyəyə qayıdan zaman Hayrünnisa Gülün çantası polis tərəfindən oğurlanıb.

Sözügedən iddianı Abdulla Gülün mətbuat müşaviri Birol Avşar da təsdiqləyib.

O bildirib ki, çantada avro və funt-sterlinq olub.

Hadisə ilə əlaqədar İngiltərə və Türkiyə səfirliklərinə məlumat verilib.

Orxan Saffari

Gununsesi.info