
Ukrayna Fransa-Almaniya müdafiə qrupundan KNDS-dən 12 Sezar özüyeriyən artilleriya qurğusu alacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə cümə günü, oktyabrın 4-də Fransanın müdafiə naziri Sebastien Lekornu X sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, saziş oktyabrın 3-də Kiyevdə təşkil olunmuş sənaye forumu çərçivəsində imzalanıb.
Bildirilir ki, təchizatların maliyyələşdirilməsi Ukrayna hesabına həyata keçirilir.
Müqavilə Ukraynanın Rusiyanın təcavüzünə müqavimət göstərməsinə dəstək olmaq üçün müdafiə sənayesinin istehsal potensialını artırmaq səylərinin bir hissəsidir.
“Sezar” özüyeriyən topun çapı 155 mm-dir və 42 km-ə qədər məsafədə atəş açmaq qabiliyyətinə malikdir və dəqiqədə təxminən altı mərmi atır.
Sezar özüyeriyən silahlar üçün təmassız detonatorlar hədəf və ya hər hansı səthlə birbaşa təmasdan əvvəl mərmiləri havada partlatmağa imkan verir.
Artilleriya bölməsi yolda 80 km/saat, yolsuzluqda isə 50 km/saat sürətlə hərəkət edə bilir.
Günel