Kim Çen In Cənubi Koreyanı nüvə hücumu ilə hədələyib

Şimali Koreya təhlükəsizliyinə və suverenliyinə təhlükə yaranarsa, nüvə silahı da daxil olmaqla bütün vasitələrdən istifadə etməyə hazırdır.

Gununsesi.info xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In deyib.

“Əgər həddindən artıq axmaqlıq və ehtiyatsızlığa qalib gələn düşmən KXDR-in suverenliyinə qəsd edərək silahlı qüvvələrdən istifadə etməyə cəhd edərsə Pxenyan nüvə silahı da daxil olmaqla, sərəncamında olan bütün hücum qüvvələrindən istifadə etməkdən çəkinməyəcək”- deyə lider bildirib.

Belə ki, Kim Çen In “Şimali Koreya rejiminə” son qoymağa hazır olduğunu deyən Cənubi Koreya prezidenti Yoon Seok-yeolun sözlərini tənqid edib. Onun sözlərinə görə, Pxenyanın nüvə statusu nəzərə alınmaqla belə təhdidlər Cənubi Koreya liderinin “böyük ironiyasından” danışır.

Bundan əvvəl Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq Cənubi Koreyada Silahlı Qüvvələr Günü münasibətilə Seulda keçirilən hərbi paradı ələ salaraq bunu “mənasız təlxəklik” adlandırmışdı.

Onun sözlərinə görə, Seul “Cənubi Koreyanın birbaşa ABŞ-dan asılılığını nümayiş etdirən bu paradın nə qədər utancverici olduğunu” hələ dərk etməyib.

 

 

Gununsesi.info