Tramp Baydeni ittiham etdi - Qasırğanın qurbanlarına kömək edə bilmir

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, Amerika lideri Co Bayden və vitse-prezident Kamala Harrisin administrasiyası Helen qasırğasından zərər çəkənlərə kömək edə bilməz.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Qasırğa o qədər güclü idi ki, dəhşətli fəlakət Şimali Karolina, Corciya, Cənubi Karolina, Alabama, Tennessi, Florida və Virciniya ştatlarını vurdu. Lakin Harris və Bayden administrasiyaları pullarının olmadı”-deyə Tramp vurğulayıb.

O, qeyd edib ki, bütün vəsait qanunsuz miqrantlara xərclənib.

NBC telekanalının məlumatına görə, ABŞ-da “Helen” qasırğasının fəsadları nəticəsində ölənlərin sayı 202-yə çatıb.

Daha əvvəl Bayden və Harrisin ölkənin zərər çəkmiş bölgələrinə səfər etdiyi bildirilmişdi.

 

 

Günay

Gununsesi.info