Məşhur Menendez qardaşlarının qətli iddiası nəzərdən keçiriləcək

ABŞ-da valideynlərini qətlə yetirməkdə təqsirli bilinərək otuz il əvvəl həbs edilən Erik və Lyle Menendezin hökmlərinə yenidən baxılacaq.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qardaşlar 1989-cu ildə Beverli Hillsdəki malikanəsində valideynləri Xose və Kitti Menendesi güllələyiblər. İllər əvvəl ilkin məhkəmə zamanı prokurorlar qətllərin tamahkarlıqla törədildiyini söyləmişdilər və şübhəli olmamışdan əvvəl qardaşların böyük miraslarının çoxunu Rolex saatlarına, avtomobillərə və dəbdəbəli əmlaka xərclədikləri sübuta yetirilmişdi.

Qardaşlar günahkar bilinərək 1996-cı ildə şərti azad edilmədən ömürlük həbs cəzasına məhkum ediliblər.

Lakin hazırda qətlin səbəblərində qardaşların ataları tərəfindən cinsi istismara məruz qaldıqlarını və özlərini müdafiə etdiklərini iddia edən sübutları var və bu sübutlar nəzərdən keçirmək üçün “mənəvi və etik bir öhdəlik” olduğunu söylənilib. 

Orxan Saffari

Gununsesi.info