Lavrov: Ukrayna Suriyada terrorçulara təlim keçir

Ukrayna hakimiyyəti ABŞ nümayəndələri ilə koordinasiyalı şəkildə Suriyada yaraqlılara təlim keçir.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Vladimir Zelenski rejimi ABŞ-ın dəstəyi ilə “Heyyat Təhrir əş-Şam” terrorçularına pilotsuz təyyarələrin istehsalı texnologiyalarını mənimsəməkdə kömək edir. Bu, silahlıların Ərəb Respublikası ərazisində Rusiya Silahlı Qüvvələrinə qarşı döyüşməsi üçün edilir.

Bundan əvvəl Mali xarici işlər naziri Abdoulaye Diop Kiyevin terrorçularla əlaqəsi ilə bağlı araşdırmanın nəticələrinin vaxtında ictimaiyyətə açıqlanacağına əminliyini ifadə edib.

 

 

Gununsesi.info