“Liverpul”un baş məşqçisi klubu adına yeni rekorda imza atıb

  • By Günel
  • 06 Oktyabr 2024 12:03

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot komandası adına yeni rekorda imza atıb.

Gununsesi.info “Report”- a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı klubdakı ilk 10 matçında 9 qələbə qazanan yeganə mütəxəssis olub.

46 yaşlı baş məşqçi Premyer Liqanın VII turunda “Kristal Pelas” üzərində qazanılan (1:0) qələbədən sonra bunu bacarıb.

“Liverpul”un A.Slotun rəhbərliyi altında tək məğlubiyyəti “Nottingem Forest”lə (0:1) matçda qeydə alınıb.

Gununsesi.info