Zaqatalada mağazada yanğın baş verib - YENİLƏNİB

  • By Günel
  • 06 Oktyabr 2024 13:23

Zaqatala rayonunun Yuxarı Tala kəndində ümumi sahəsi 250 m² olan bir mərtəbəli mağazanın dam örtüyünün taxta atmaları 75 m² sahədə, içərisində ərzaq malları 65 m² sahədə və 3 ədəd soyuducu yanıb.

Gununsesi.info xəbər verir ki, fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info