“Sumqayıt” ilk oyunda məğlub olub

  • By ilhame
  • 25 İyul 2024 22:43

“Sumqayıt” bu gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.

 

Gununsesi.info xəbər verir ki, Samir Abasovun komandası evdə Macarıstan “Fehervar”ını qəbul edib.

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş “Fehervar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Bu cütün qalibi 3-cü raundda “Omoniya” (Kipr) – “Torpedo” Kutaisi (Gürcüstan) cütünün güclüsü ilə qarşılaşacaq.

 

Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında cavab matçı iyulun 31-də Macarıstanda oynanılacaq.

 

Konfrans Liqası, ilk oyunlar

 

25 iyul

 

20:00. “Sumqayıt” (Azərbaycan) – “Fehervar” (Macarıstan) – 1:2

 

Qollar: Səbuhi Abdullazadə, 20 (1:0), Tobyas Kristensen, 39 (1:1), Ksaba Spandler, 52 (1:2)

 

Qırmızı vərəqə: Murad Xaçayev, 32 (“Sumqayıt”)

 

Hakimlər: Florian Lata, Xulio Mani, Reydi Zaimi, Kreşnik Çyapi (Albaniya)

 

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu