Rusiya Xarkovdakı polis binasını vurub, 40 nəfər yaralanıb - FOTOLAR

  • By Günel
  • 02 Noyabr 2024 00:49

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki polis binasına zərbə endirməsi nəticəsində bir nəfər ölüb, 40 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna polisi məlumat yayıb.

“Saat 22:00-a olan məlumata görə, şəhərə raket hücumu nəticəsində bir polis ölüb, daha 30 polis əməkdaşı, bir xilasedici və 9 mülki şəxs yaralanıb”, – məlumatda diqqətə çatdırılıb.

Qeyd olunub ki, polis məntəqəsi S-400 raketləri ilə vurulub.

Gununsesi.info