Ukraynanın beş bölgəsi işıqsız qalıb

  • By ilhame
  • 30 İyun 2024 15:19

Enerji infrastrukturunun zədələnməsi səbəbindən Ukraynanın beş bölgəsi qismən işıqsız qalıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Ukraynanın Kiyev, Sumı, Çerniqov, Xarkov və Dnepropetrovsk vilayətlərində enerji sistemi obyektlərində baş vermiş qəzalar səbəbindən enerji təchizatı qismən kəsilib.

Gununsesi.info