
Boliviyanın qərbində yük maşını ilə avtobusun toqquşması nəticəsində azı 7 nəfər ölüb, ondan çox adam yaralanıb.
Gununsesi.info -nun verdiyi xəbərə əsasən, bu barədə yerli polis məlumat yayıb.
Belə ki, hadisə El Alto-Kopakabana magistralının Vilake şəhəri yaxınlığında baş verib. İlkin versiyaya görə, yük maşınının sürücüsü qarşıdan gələn zolağa çıxıb və sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində biri uşaq olmaqla azı 7 nəfər həlak olub, ondan çox yaralı isə xəstəxanalara aparılıb.
Hazırda polis hadisənin səbəblərini müəyyənləşdirir, yük maşını sürücüsünün sərxoş ola biləcəyi istisna edilmir.