Sabah Malavidə vitse-prezidentin təyyarə qəzasında həlak olması ilə bağlı matəm elan edilib

  • By ilhame
  • 11 İyun 2024 22:53

Malavi prezidenti Lazarus Çakvera vitse-prezident Saulos Çilimanın təyyarə qəzasında həlak olması ilə bağlı iyunun 12-də milli matəm elan edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

 

Qeyd edək ki, iyunun 10-da vitse-prezident və daha 9 nəfəri daşıyan təyyarə qatı duman səbəbindən ölkənin Bombo bölgəsində qəzaya uğrayıb. Xilasedicilər təyyarənin və ölənlərin cəsədlərinin qalıqlarını iyunun 11-də Çikanqva meşəsi ərazisində aşkar ediblər.

Gununsesi.info