
Qərbi Azərbaycan mövzusunda beynəlxalq dəstəyin əldə olunması istiqamətində növbəti mühüm uğur əldə edilib.
Bu haqda Gununsesi.info-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Asiya Parlament Assambleyasının 17-21 fevral 2025-ci il tarixlərində Bakıda keçirilən sessiyasında qəbul edilmiş yekun sənəddə Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıtmasına və Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı dialoq çağırışlarına birmənalı dəstək ifadə edilib.
Özündə 44 dövlətin parlamentini birləşdirən Asiya Parlament Assambleyasının Qərbi azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməsi bu mövzunun beynəlxalq sülh və insan hüquqları gündəliyinin əsas məsələlərindən biri kimi qəbul edilməsinin növbəti mötəbər təsdiqidir.
Qərbi Azərbaycan İcması yekun sənəddə ifadə olunan sözügedən birmənalı dəstəyə görə Azərbaycan Respublikasının Milli Məclisinə və Asiya Parlament Assambleyasının üzvü olan digər dövlətlərin parlamentlərinə təşəkkür edir.