Bakıda daha 1 nəfər spirtdən zəhərlənib öldü

  • By Admin2
  • 01 Mart 2025 16:01

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Gununsesi.info lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.

43 yaşlı E.Zeynalov metil spirti içərək zəhərlənib. O, zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilsə də, görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bu hadisə ilə də Bakıda son həftə ərzində texniki spirtdən ölənlərin sayı 24-ə çatıb.

Gununsesi.info