Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib

  • By Günel
  • 11 Mart 2025 23:08

Minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Gununsesi.info “Report” a istinadən xəbər verir ki, həlledici görüşdə “Zirə” və “Birbaşa Bakı” komandaları üz-üzə gəlib.

Matç “Birbaşa Bakı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb

Qarşılaşmanın 36-cı dəqiqəsində Eşqin Tağıyev, 47-ci dəqiqədə isə Təmkin Xəlilzadə “Zirə”nin qapısına yol tapıb.

Qeyd edək ki, “Birbaşa Bakı” ötən il də Azərbaycan çempionu olmuşdu.

Gununsesi.info