
Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında aparılan danışıqlar başa çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt X sosial şəbəkə hesabında yayımlanan brifinq zamanı bildirib.
Birləşmiş Ştatlar Ukrayna ilə Səudiyyə Ərəbistanında aparılan danışıqları müsbət qiymətləndirir və onların nəticələrini “məhsuldar” hesab edir. Levitt onu da əlavə edib ki, Amerika tərəfi tezliklə Ciddə görüşün daha aydın və konkret nəticələrini ictimaiyyətə təqdim edəcək.