
Azərbaycan güləşçisi Günay Qurbanova Albaniyanın paytaxtı Tiranada U-23 Avropa çempionatının qalibi olub.
Gununsesi.info xəbər verir ki, 59 kq çəkidə yarışan Qurbanova finalda italiyalı (U20) dünya və Avropa çempionu Aurora Russoya 4:0 hesabıyla qalib gələrək qızıl medala yiyələnib.
50 kq-da Əsmər Cankurtaran türkiyəli Songül Kavaka 9:3 hesabıyla qalib gələrək bürünc medal qazanıb.
***
21:58
Azərbaycan güləşçisi Elnurə Məmmədova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının finalına yüksəlib.
Gununsesi.info xəbər verir ki, 53 kq çəki dərəcəsində mübarizə aparan Məmmədova yarımfinalda ispaniyalı Karla Solerə tam üstünlüklə (12:0) qalib gələrək adını finala yazdırıb. O, sabah finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşacaq.
Gültəkin Şirinova (57 kq) 1/4 finalda belaruslu Arina Martinavaya 2:10 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Gültəkin sabah təsəlliverici görüşdə türkiyəli Əminə Çakmakla güləşəcək.
Birgül Soltanova (62 kq) 1/4 finalda fransalı İris Tibuya 1:3 hesabıyla məğlub olub.
Ruzanna Məmmədova (65 kq) əvvəlcə polşalı Olqa Padoşiki (6:3), daha sonra isə rusiyalı Yekaterina Koşkinanı (8:6) mübarizədən kənarlaşdırıb. Ruzanna yarımfinalda belaruslu Kseniya Tsiareniyaya 1:3 hesabıyla məğlub olub. Məmmədova sabah bürünc medal uğrunda Oleksandra Rıbak (Ukrayna) – Beyza Akkuş (Türkiyə) görüşünün qalibiylə üz-üzə gələcək.