Azərbaycan Rusiyadan elektrik enerjisi alışını azaltdı

  • By Günel
  • 11 Mart 2025 22:07

Ötən il Azərbaycana Rusiyadan 86,8 milyon kVt/saat elektrik enerjisi idxal edilib.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, bu həcmdə elektrik enerjisinin idxalına çəkilən xərcin dəyəri 2,6 milyon ABŞ dolları təşkil edib.

Rusiyadan elektrik enerjisi əvvəlki illə müqayisədə həcm ifadəsi ilə 5,8 milyon kVt/saat və ya 6,3%, dəyər ifadəsi ilə 129 min ABŞ dolları, yaxud da 4,7% azalıb.

Gununsesi.info