
İctimai TVdə qazandığım ən yaxşı dostlardan biri də Sarkhan Kamalli oldu. Qapıdan içəri girən kimi gülərüzlə, mehribanlıqla “Qaqan gəldi” deyirdi.
Çox savadlı, qayğıkeş, abırlı adam idi Sərxan. Daim çalışırdı, tələsirdi. Ev almaq üçün, övladlarını daha yaxşı gələcəklə təmin etmək üçün tələsirdi. Növbədən çıxıb saytda işləməyə gedirdi, oradan çıxıb başqa bir sayta məqalə verirdi.
Hər yer üçün, hər şey üçün çox çalışırdı, bir sağlamlığı üçün çalışmırdı…
Yüksək təzyiqlə, gözləri qıpqırmızı gəzirdi. Ay Sərxan, bir az istirahət elə deyəndə də “borcları bağlamaq lazımdır, heç nə olmaz, harada qırılar, qırılar” deyib gülürdü.
Qırıldı, Sərxan… Özü də 41 yaşında qırıldı… O qədər yaşamağa layiq idin ki… O qədər yaxşı insan idin ki… Dünən xəstəxananın qapısına ümidlə baxırdım ki, bir gün oradan salamat çıxacaqsan və deyəcəksən ki, qaqan gəldi, qaqan ölməyib ki…
Çox təəssüf edirəm, mənim böyük qardaşım.
Məkanın cənnət olsun!
Jalə Həsənli