
Azərbaycanda doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək.
Gununsesi.info xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib.
Dövlət başçısı vurğulayıb ki, bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir: “Uçuş-enmə zolağı minimum üç kilometr səviyyəsindədir. Beləliklə, indi dediyim kimi, doqquzuncu bu il istifadəyə veriləcək və bu məsələni də tam bağlayırıq”.