
ABŞ-nın vitse-prezidenti Kamala Harris və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan iyunun 15-16-da İsveçrədə Ukrayna ilə bağlı keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər.
Gununsesi.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Vitse-prezident Kamala Harris Ukraynada Sülh Sammitində iştirak etmək üçün iyunun 15-də Lütsernə (İsveçrəyə) gedəcək. Vitse-prezident ilə yanaşı, prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da sammitdə ABŞ-nı təmsil edəcək”, – məlumatda deyilir.
Gununsesi.info