5 milyon insan aclıqla üzləşib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Haiti üzrə Direktoru Jan-Martin Bauer, dəstə zorakılığının davam etdiyi Haitidə 5 milyon insanın kəskin qida çatışmazlığı şərtləri ilə üzləşdiyini bildirib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Bauer BMT-nin gündəlik mətbuat konfransına videokonfrans vasitəsilə qoşulub və jurnalistlərin suallarını cavablandırıb.

Haitidə zorakılığın davam etdiyini bildirən Bauer, siyasi böhranın da ölkə əhalisinə təsir etdiyini və geniş miqyaslı yerdəyişmələrə səbəb olduğunu vurğulayıb.

Onun sözlərinə görə, təkcə mart ayında 360 min haitili evlərini, 100 min insanın isə paytaxt Port au Prinsi tərk edib.

Haitidə 5 milyon insanın kəskin qida çatışmazlığı ilə üzləşdiyini ifadə edən Bauer, 1,6 milyon insanın təcili qida təhlükəsizliyi ilə mübarizə apardığını bildirib.

Bauer, Haitidə hazırda aclığın olmadığını, lakin yardım göstərilməsə riskin artacağını və ehtiyacların böyük olduğunu vurğulayıb.

Qasırğa dövrünün Haiti üçün əlavə risk yaradan bir dövr olduğunu bildirən Bauer, humanitar yardım işçilərinin xüsusilə bu prosesə hazırlaşmasının vacib olduğunu deyib: “Biz Haitini gündəmdə saxlamağa davam etməliyik”.

Dünyanın müxtəlif yerlərində yaşanan böhranlar səbəbiylə Haitinin kifayət qədər diqqət ala bilmədiyini ifadə edən Bauer, BMT-nin yardım planının yalnız yüzdə 22 ilə maliyyələşdirildiyini bildirib.

Bauer qeyd edib ki, ÜƏP-in ölkədə həyat qurtaran yardımını davam etdirmək üçün 76 milyon dollara ehtiyacı var.

 

 

Gununsesi.info