
“İranın nüvə silahı yaratmaq qərarına gəldiyinə dair heç bir sübut yoxdur. Əgər Tehran belə bir addım atsa, Birləşmiş Ştatlar və müttəfiqləri çox güman ki, tezliklə bunu müəyyən edə biləcəklər”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoruUilyam Börns deyib.
“Tehranın 2003-cü ildə nüvə silahı proqramını dayandırmaq barədə bəyanatından sonra belə bir qərarın qəbul edildiyinə dair bu gün heç bir dəlil yoxdur. Biz bunu çox diqqətlə izləyirik və əminik ki, dostlarımız və müttəfiqlərimizlə işləyərək, bu ilkin mərhələləri müəyyən edə biləcəyik”– deyə Börns əlavə edib.
O, həmçinin vurğulayıb ki, həm İsrail, həm də İran liderləri genişmiqyaslı müharibəyə can atmasalar da, eskalasiya riski yüksəkdir. Börns bildirib ki, Tel-Əvivin İranın raket hücumuna necə cavab verməsi ilə bağlı qərarının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq.
Şəbnəm
Gununsesi.info