
2 İyul- Azərbaycan polisinin peşə bayramı münasibətilə dövlət başçısı İlham Əliyev daxili işlər orqanlarının bir qrup əməkdaşını təltif edəcək.
Gununsesi.info-nun xəbərinə görə, prezident tərəfindən orden və medallarla təltif olunanlarla yanaşı, həm də xüsusi ali rütbə alanlar da olacaq.
Saytımızın əldə etdiyi məlumata görə, DİN-nin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi polis polkovniki Emin Mehdiyev də general-mayor rütbəsi ilə mükafatlandırılacaq.
Qeyd edək ki, hələ bir müddət əvvəl İlham Əliyevin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi haqqında Fərmanından sonra Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb.
Məlumatda, həmçinin DİN-nin daha iki polkovnikinə general-mayor rütbəsi veriləcəyi deyilir.
Elmar
Gununsesi.info