Azərbaycan millisi Niderlanda uduzub

  • By ilhame
  • 30 İyun 2024 13:08

Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisi Bolqarıstanda keçirilən Avropa çempionatının komanda yarışında mübarizəyə başlayıb.

 

Gununsesi.info xəbər verir ki, yığma 1/8 final mərhələsində Niderland seçməsi ilə üz-üzə gəlib.

 

Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb – 4:1.

 

Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi mübarizəni 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar.

Gununsesi.info