
Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, fərdi tikilən evlərin sayı ötən illərlə müqayisədə 14 faiz azalıb.
Gununsesi.info Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan əmlak eksperti Mülkədar Rüstəmov hesab edir ki, bunun əsas səbəblərindən biri 2023-cü ildən qüvvəyə minən qaydalardır.
Onun sözlərinə görə, tikintinin azalması qiymət artımına da təsir göstərəcək.