
Avstraliyada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Gununsesi.info xəbər verir ki, APA-nın “Australian Broadcasting Corporation”-a istinadən verdiyi xəbərə görə, təyyarə Yeni Cənubi Uels sahilində qəzaya uğrayıb.
Qəza nəticəsində 67 və 69 yaşlı iki nəfər ölüb.
Hələ ki, təyyarənin hansı səbəbdən qəzaya uğradığı müəyyən edilməyib.