Fuad Poladovun adı bu küçəyə verildi

  • By Günel
  • 05 Yanvar 2025 17:27

Görkəmli teatr və kino aktyoru, mərhum xalq artisti Fuad Poladovun adı əbədiləşdirilib.

Gununsesi.info Modern.az-a istinadla xəbər verir ki, Fuad Poladovun adı Bakının Yasamal rayonundakı küçələrdən birinə verilib.

Hazırda Fuad Poladov küçəsi Yeni Yasamal qəsəbəsindəki 7-ci Alatava adlandırılan ərazidən keçir. Lakin sakinlər küçənin hazırkı vəziyyətinin heç də ürəkaçan olmadığını və abadlıq işlərinin aparılmasının vacibliyini bildiriblər.

Gununsesi.info