
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info məlumat verir ki, hadisə şəhərin Çerkassi küçəsində qeydə alınıb.
“Nissan” və “Kia” markalı minik avtomobillərinin toqquşması nəticəsində ikinci avtomobildə olan 3 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.
Hadisənin səbəbi araşdırılır.
Gununsesi.info