
Biləsuvarda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gununsesi.info-nun məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini, 2020-ci il təvəllüdlü İ.Rəhmətlini avtomobil vurub.
Yaralı müxtəlif bədən xəsarətləri ilə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info