Xəzər İbrahim ABŞ Dövlət Departamenti proqramının azərbaycanlı iştirakçıları ilə görüşüb

  • By ilhame
  • 12 İyun 2024 22:30

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim Birləşmiş Ştatlarının Dövlət Departamentinin Peşəkar Təqaüd Proqramının azərbaycanlı iştirakçıları ilə görüşüb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki Səfirliyi məlumat yayıb.

 

Qeyd edilir ki, proqramın iştirakçıları ABŞ cəmiyyətini daha dərindən dərk etdikcə liderlik, peşəkar bacarıqları təkmilləşdirmək, Amerika və digər proqram iştirakçıları ilə əlaqələri genişləndirmək üçün nəzərdə tutulmuş 5-6 həftəlik qlobal mübadilə layihələrinə qoşulmaq üçün xüsusi fürsət əldə ediblər.

Gununsesi.info