Bu gün Tehranda “3+3” formatında görüş keçiriləcək

Bu gün İranda “3+3” formatı çərçivəsində Ermənistan və Azərbaycan arasında danışıqlar keçiriləcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb.

Məlumatda görüşün XİN rəhbərləri səviyyəsində baş tutacağı vurğulanıb. Görüşdə, həmçinin İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri iştirak edəcək.

İran XİN görüş zamanı regional məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

Qeyd edək ki, “3+3” formatında iştirakı nəzərdə tutulan Gürcüstan görüşdə iştirak etməyəcək.

 

Gununsesi.info