
Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə “Chevining scholarship” -ın proqramının təqdimatı keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, tədbirdə səfirliyin əməkdaşı Elmir Bədəlov çıxış edib. O, proqram haqqında geniş məlumatlar verib.
” “Chevining scholarship” bu baxımdan tələbələrin dadına çatan ən məşhur və prestijli təqaüd proqramlardan biridir.
Proqram Birləşmiş Krallıqda təqaüdlə bir illik magistratura təhsili almaq istəyənlər üçün nəzərdə tutulub. Təqaüdün miqdarı sizin üçün ayrılan maliyyə vəsaitinin toplam məbləği qəbul olduğunuz universitetdən asılı olaraq dəyişir.
Proqramda aşağıdakı xərclər qarşılanır:
- Təhsil haqqı
- Uçuş bileti
- Yaşayış xərcləri.
İngiltərədə Təhsil proqramına Qəbul şərtləri Proqramın rəsmi vebsyatında qeyd olunub ki, təqaüdün verilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindəki liderik potensialı olan seçkin şəxslərin Birləşmiş Krallıqda 1 illik magistr təhsili almasına dəstək olmaqdır. Qısacası, CV-niz və motivasiya məktubunuz vasitəsilə yaşadığınız cəmiyyətdə aparıcı rol oynadığınızı əsaslandırmalısınız.
Təməl şərtlər isə aşağıdakılardır:
- Chevening təqaüd proqramına daxil olan bir ölkənin vətəndaşı olmaq (Azərbaycan da bura aiddir),
- Təhsili bitirdikdən sonra minimum 2 illik ölkəyə qayıtmaq; Ən az 2800 saatlıq iş təcrübəsinə malik olmaq,
- Birləşmiş Krallıqdakı universitetlərdə tədris olunan ən azı 3 tədris proqramına müraciət edib, heç olmasa birindən qəbul almaq”.
Gununsesi.info