Sabahdan Vatsap bu telefonlarda işləməyəcək

Dünyanın ən böyük mesajlaşma proqramı olan Vatsap , oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək.

Gununsesi.info xəbər verir ki, Vatsap oktyabrın 24-dən etibarən Google mobil əməliyyat sisteminin Android 5.0 və daha köhnə versiyalarında mövcud olmayacaq.
Google Nexus 7, Sony Xperia Z, LG Optimus G Pro və HTC One kimi bir vaxtların məşhur telefonları artıq WhatsApp-ı dəstəkləməyəcək.

Bundan əlavə, Samsung-un Galaxy Note 3 və Galaxy S4 də WhatsApp dəstəyini itirəcək.
Gununsesi.info