NASA-nın “Lunar Rover” aparatı Yerin peykində 100 gün qalacaq

NASA-nın yeni VIPER Ayda 100 günlük missiyasını yerinə yetirərək, insanın Yer peykində daimi mövcudluğu üçün lazım olan resursları axtaracaq.

Gununsesi.info xəbər verir ki, NASA cihazın yerüstü sınaqlarından bəzilərinin görüntülərini yayımlayıb.

Sınaq zamanı ay rover simulyasiya edilmiş kobud Ay səthində maneə kursunu uğurla keçib.

VIPER-in Ayın cənub qütbündəki Nobile kraterinə missiyası noyabr ayına planlaşdırılıb.

Gununsesi.info