Kanal-14: Qəzzaya quru əməliyyatı an məsələsidir

İsrail mediası təhlükəsizlik qüvvələrinin blokadada olan Qəzza zolağına qarşı quru əməliyyatı keçirməyə hazırlaşdığını qeyd edib.

Gununsesi.info xəbər verir ki,  İsrailin “Kanal-14” televiziyasının internet saytında yer alan məlumatda İsrail təhlükəsizlik qüvvələrinin Qəzza zolağına qurudan girməyə hazırlaşdığı, lakin siyasi səviyyədə təsdiq gözlədiyi bildirilib.

Qeyd edilib ki, quru əməliyyatı təsdiqlənərsə, İsrail qüvvələri orada (Qəzzada) daha bir neçə ay qalmağa hazırdır. Məlumatda “Ordunun hazırkı mərhələdə açıq məqsədi Qəzza zolağının tərksilah edilməsidir” ifadəsi yer alıb.

“Kanal-14” televiziyasının saytında yer alan xəbərlə bağlı İsrailin rəsmi orqanlarından heç bir açıqlama verilməyib.

Səid Əhmədli
Gununsesi.info