ABŞ Qəzzadakı əməliyyatları təxirə salmağı xahiş edib

ABŞ İsraildən Qəzza zolağında quru əməliyyatın başlanmasını təxirə salmağı və Yaxın Şərqdəki qüvvələrinə qarşı hücumlara daha yaxşı hazırlaşmağı xahiş edib.

Gununsesi.info xəbər verir ki, bu barədə The New York Times  məlumat yayıb.

İsrailin Qəzzaya qoşun yeritmək qərarına gəlməsindən sonra Amerika qüvvələrinə hücumların sayının arta biləcəyi gözlənilir.

ABŞ hücumların İranın dəstəklədiyi regional qruplar tərəfindən həyata keçirilə biləcəyini ehtimal edir.

Mənbənin verdiyi məlumata görə, ABŞ-ın prezident administrasiyası yəhudi dövlətindən əməliyyatı təkcə təhlükəsizlik baxımından təxirə salmağı xahiş edir:

“Vaşinqton girovların azad edilməsi və humanitar yardımın çatdırılması ilə bağlı danışıqlara “vaxt qazanmaq” istəyir “.

Nəşr yazır ki, ABŞ administrasiyası İsrailə qarşı heç bir tələb irəli sürmür, lakin yenə də yəhudi dövlətinin quru əməliyyatı keçirmək və Fələstinin radikal HƏMAS hərəkatını məhv etmək niyyətini dəstəkləyir.

NYT-nin həmsöhbətləri iddia edirlər ki, əməliyyatın başlanmasını təxirə salmaq məsləhəti Pentaqon rəhbəri Lloyd Austin vasitəsilə verilib. Amerika müdafiə departamentinin rəhbəri israilli həmkarı Yoav Qalant ilə demək olar ki, hər gün əlaqə saxlayır, tərəflər Amerika silahlarının tədarükü və ABŞ hərbçilərinin bölgəyə yerləşdirilməsi məsələlərini müzakirə edirlər.

Qeyd edək ki, ABŞ dövlət katibi Antoni Blinken NBC telekanalının efirində deyib ki, İsrail quru əməliyyatının başlaması ilə bağlı müstəqil qərar verməlidir.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info