
İsrailin Qəzza zolağındakı hərbi əməliyyatı bir aydan üç aya qədər çəkə bilər.
Gununsesi.info xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
Onun sözlərinə görə, bu, İsrailin anklavda sonuncu quru əməliyyatı olmalıdır, nəticədə Fələstinin radikal HƏMAS təşkilatı tamamilə məhv edilməlidir.
“Bunlar Qəzzada son [yerdə] manevrlər olmalıdır, ona görə ki, onlardan sonra HƏMAS olmayacaq. Bir ay, iki ay, üç ay çəkəcək, amma sonda daha HƏMAS olmayacaq”, – deyə nazir İsrail Hərbi Hava Qüvvələrinin Təl-Əvivdəki komandanlıq mərkəzində çıxışı zamanı bildirib.
Nazir əlavə edib ki, hələlik İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında quru bölmələrinin daxil olması üçün zəmin hazırlamaq üçün nəzərdə tutulmuş kütləvi hava hücumları həyata keçirməkdə davam edir.