
Çin Fələstin xalqını öz milli hüquqlarını qorumaq üçün “ədalətli işində” dəstəkləyir və müstəqil Fələstin Dövlətinin yaradılmasının tərəfdarıdır.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri və ÇKP Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü Vanq Yi İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə görüşdə deyib.
Vanq Yi gərginliyin azaldılması və Qəzza zolağında humanitar fəlakətin qarşısının alınmasının vacibliyini vurğulayıb. O, beynəlxalq ictimaiyyəti mülki şəxslərə zərər vuran istənilən hərəkətə qarşı tədbir görməyə çağırıb.
Çinli nazir regionda baş verən gərginliyin artmasına səbəb kimi Fələstin xalqının bölgəyə qayıtmaq və müstəqil dövlət yaratmaq hüquqlarının “uzun illər laqeyd qalmasını” göstərib.
Hüseyn Əmir-Abdollahian , həmçinin Qəzza zolağında dinc əhaliyə qarşı hücumların dayandırılmasını və humanitar böhranın dayandırılmasını istəyib. Onun sözlərinə görə, İran problemi siyasi yollarla həll etməyə ümid edir və bu istiqamətdə Çinlə əlaqəni gücləndirməyə hazırdır.
Tərcümə
Şəbnəm
Gununsesi.info