ABŞ mediasında Ukrayna xəbərləri azalır -Gündəmdə İsrail-Fələstin qarşıdurmasıdır

Amerikanın əsas KİV-ləri Yaxın Şərqdə İsrail və Fələstin arasında yeni müharibənin başlamasından və qlobal media üçün bir nömrəli mövzuya çevrildikdən sonra Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı onlayn işıqlandırmalarını məhdudlaşdırıb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya işğalı başlayandan dayanmadan Ukrayna haqqında onlayn reportajlar hazırlayan CNN oktyabrın 6-da bunu dayandırıb.

Eyni vaxtda The New York Times da Ukrayna ilə bağlı onlayn yayımı dayandırıb. Onun əsas səhifəsi, CNN  indi daha çox İsraildəki hadisələri onlayn şəkildə işıqlandırır.

Digər Qərb KİV-ləri, ilk növbədə Avropa, Ukraynadakı müharibə haqqında onlayn məlumat verməkdə davam edir.

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info