
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) blokada altındakı Qəzza zolağında 11 əməkdaşının öldüyünü bildirib.
Gununsesi.info xəbər verir ki, təşkilat bu barədə sosial mediada yazıb. “Oktyabrın 7-dən Qəzzada 11 əməkdaşımızın öldürüldüyünü böyük kədərlə bildiririk”, – deyə qeyd edilib.
Agentliyin məlumatında qeyd olunur ki, onlardan bəziləri ailələri ilə birlikdə evlərində öldürülüb:
“Bəziləri ailələri ilə birlikdə evlərində öldürüldü. UNRWA bu itkiyə görə kədərlənir və həlak olan həmkarlarımızın ailələri və yaxınları ilə birlikdə yas tutur”.
Səid Əhmədli
Gununsesi.info