Fələstində öldürülən jurnalistlərin sayı 18-ə çatdı

Fələstin Jurnalistlər Sindikatı yazılı açıqlamada fələstinli fotojurnalist Rüşdi əl-Sərracın İsrailin hücumları nəticəsində öldürüldüyünü bildirib.

Gununsesi.info-nun məlumatına görə, açıqlamada qeyd edilib ki, Sərracın ölümü ilə oktyabrın 7-dən bu yana İsrailin hücumları nəticəsində öldürülən jurnalistlərin sayı 18-ə yüksəlib.

Sərracın həyat yoldaşı Şurouk əl-Aileh “Anadolu” agentliyinə bildirib ki, əri Qəzzanın Tel əl-Heva məhəlləsinə İsrailin endirdiyi zərbə nəticəsində həlak olub.

Gununsesi.info