
İsrailin 200 minə yaxın sakini ölkənin cənub və şimal sərhədlərində vəziyyətin gərginləşməsi səbəbindən yaşayış yerlərini tərk etmək məcburiyyətində qalıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb.
Qeyd olunub ki, insanların təxminən yarısı Qəzza zolağı və Livanla sərhəddə yerləşən 105 yaşayış məntəqəsindən təxliyə edilib.
Son hesablamalara görə, İsrailin ümumi əhalisi təxminən 9,7 milyon nəfərdir.
Gununsesi.info