
Tanınmış turizm mərkəzlərindən biri olan Kapadokiyada bal ayı üçün qaldığı oteldə xəstələnən gəlin aparıldığı xəstəxanada dünyasını dəyişib.
Gununsesi.info türk mediasına istinadən xəbər verir ki, həftə sonu Sivasda ailə quran 21 yaşlı Nazlıcan Göksu toydan sonra əri ilə bal ayı üçün Kapadokyaya gedib.
Cütlük Nevşehirin Ürgüp mahalının Ortahisar qəsəbəsindəki otelə yerləşib.
Gecə saatlarında gəlin özünü pis hiss edib. Əri Təcili Yardıma zəng edərək onun infarkt olmağından şübhələndiyini deyib.
Təcili yardımla Ürgüp Dövlət Xəstəxanasına aparılan Göksünün həyatını xilas etmək mümkün olmayıb.
Gənc qadının cəsədi ekspertiza üçün Nevşehir Dövlət Xəstəxanasına aparılıb.
Gununsesi.info