
Hazırda “Toplum TV İşi” üzrə həbsdə olan tanınmış media eksperti Ələsgər Məmmədli özəl klinikada müayinə olunacaq.
Gununsesi.info bildirir ki, bu barədə onun vəkili Aqil Layic deyib.
Ələsgər bəyin müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq da şikayətə etiraz etmədi.
Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda, öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək”.
Şəbnəm