Kürdə balıq tutan şəxs bədbəxt hadisə nəticəsində ölüb

  • By ilhame
  • 15 İyun 2024 21:33

Kür çayında balıq tutan şəxs bədbəxt hadisə nəticəsində aldığı xəsarətdən dünyasını dəyişib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə çayın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü O.Mamayev qardaşı ilə birgə balıq tutarkən ehtiyatsızlıqdan yıxılıb və əlindəki metal qarmaq onun ürəyinə batıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info