Doğulan kimi ölməyə hazır olun 

  • By ilhame
  • 15 İyun 2024 13:00

Üstünüzə sağlıq, iş elə gətirib ki, iki aydan çoxdur xəstəxana-xəstəxana dolaşıram.

Qısa yazacam: dövlət və qeyri-dövlət qarışıq ən ölüvay klinikada addım atmalı deyil, başda diabet, qan-damar və onkoloji xəstəliklər olmaqla əksər dərd-azarlar artıq az qala beşikdən başlayır. Məmləkət insanı gəncliyini yaşamaqdan məhrumdu, xəstəliklər sürətlə cavanlaşır. Doğulan kimi ölməyə hazır olun!

Üstəlik, tam yiyəsizlikdir. Pul hərisliyi, kapital oğraşlığı artıq o həddə çatıb ki, bunların gözündə xəstə yoxdu, müştəri var. Hətta müştəri yumşaq səslənir. Biz bunlardan ötrü “kliyentik”, vəssalam!

Kimi harda gəldi, necə gəldi soğan kimi soyurlar. Türkiyədə 22 manat olan dərmanı burda 75 manata soxuşduran alçaq, bişərəf bir yarmarka qurulub. Əlbəttə, adi tənqid yazan adamları şərləyən bir sistemdən bundan artlq nəsə gözləməyə dəyməz, ancaq canı ilə əlləşən insanlara sağalmaq imkanı verin heç olmasa!

Sağalmağa qoymursunuz, barı soymadan, talamadan, ciblərindəki son qəpiyə göz dikmədən ölməklərinə mane olmayın.

 

Elnur Astanbəyli

Gununsesi.info