Goranboyda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb

  • By ilhame
  • 16 İyun 2024 09:45

Goranboyda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Gununsesi.info – ya bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

 

Goranboy Rayon Polis Şöbəsinə rayonun Faxralı kənd sakininə məxsus evə naməlum şəxsin qeyri-qanuni yolla daxil olaraq oradan 1 ədəd mobil telefonun soyğunçuluq yolu talaması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qəhrəmanov saxlanılıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Gununsesi.info